İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik alverçisi olan iki qardaş saxlanılıb

482 14.03.2023 13:46 Son xəbər A A

 Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

DİN-dən Musavat.com-a verilən xəbərə gröə, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər – Tural Bayramlı və qardaşı Orxan tutularaq Polis İdarəsinə gətiriliblər. Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR