İnsanlara hürriyət, millətlərə istiqlal!

Nabranda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Baş Prokurorluq məlumat yaydı

1024 20.07.2022 14:04 Hadisə A A

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib", - məlumatda deyilir.

***

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində 5 nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha 5 nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

***

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR