İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət lideri boynundan BIÇAQLANDI - Onun vəziyyəti...

983 04.01.2024 22:14 Dünya A A

Yanvarın 2-də Cənubi Koreyaya səfəri zamanı boyun nahiyəsindən bıçaqlanan ana müxalifət lideri Li Jae-Myunq reanimasiyadan çıxarılıb.

Musavat.com xəbər verir ki, Lini əməliyyat edən Seul Milli Universitet Xəstəxanasının cərrahı Min Seung-kee onun səhhətinin yaxşılaşdığını və reanimasiyadan çıxarıldığını açıqlayıb.

Həkim müxalifət liderinin mümkün fəsadlara qarşı müşahidə altında saxlanılacağını bildirib. O, həmçinin qeyd edib ki, Linin karotid arteriyasında yaranın bərpası əməliyyatı uğurla keçib.

Hadisə yerində saxlanılan 67 yaşlı təcavüzkar Busan Rayon Məhkəməsinə aparılıb. Lini öldürmək istədiyini etiraf edən şəxs hücumu tək planladığını bildirib. Məhkəmə təcavüzkarın həbs olunmasına qərar verib.

Hücumun səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR