İnsanlara hürriyət, millətlərə istiqlal!

Müvəqqəti İran prezidentindən ilk açıqlama

9853 20.05.2024 19:35 Son xəbər A A

İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra vəzifəsini müvəqqəti icra edən Məhəmməd Möhbər açıqlama verib.

Musavat.com unikal-a istinadən xəbər verir ki, Möhbər bu gün kabinetin iclasında Rəisinin ölümünə səbəb olan helikopter qəzası barədə danışıb.

"Baş verən hadisə dövlət, millət və ölkənin dini rəhbəri (Əli Xamenei) üçün çox ağırdır. Amma bu mühüm hadisə liderin (Xamenei) rəhbərliyi altında idarəçilikdə heç bir boşluq yaratmayacaq. Xalq bundan əmin olsun",- deyə qeyd edib.

Həmçinin, dövlət rəsmilərinə müraciət edən Möhbər bildirib ki, onlar heç bir halda öz vəzifələrini yerinə yetirərkən kədərə qapılmamalıdırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR