İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafa Sarıgül: “Məğlub olacağımızı düşünənlər təyyarədən ensinlər”

1263 06.07.2024 13:00 Dünya A A

CHP-nin Ərzincandan seçilmiş millət vəkili Mustafa Sarıgül Hollandiya-Türkiyə matçını canlı-canlı izləmək üçün Almaniyaya gedib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, əyninə ay-ulduzlu komandanın formasını geyən M.Sarıgül sərnişini olduğu təyyarədən maraqlı video paylaşıb.

Təyyarədə millət vəkilinə belə bir sual ünvanlanıb: "Məğlub olsaq, hansı komandaya azarkeşlik edəcəksiz?"

M.Sarıgül sual müəllifinə belə cavab verib: “Hesab edirəm ki, belə bir sual verilməyib. Əgər kimsə bizim məğlub olacağımızı düşünürsə, siz də daxil olmaqla, təyyarədən ensin. Belə bir sualı yoxdur".

Xatırladaq ki, Türkiyə “Avro 2024”-ün 1/4 final matçında bu gün Hollandiya ilə qarşılaşacaq. Berlindəki Olimpiya stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq.

Onu da qeyd edək ki, hazırda bütün türk dünyasının bu oyuna marağı heç vaxt olmadığı qədər böyükdür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR