İnsanlara hürriyət, millətlərə istiqlal!

Müslüm Maqomayevin abidəsi önündə onun mahnıları səslənmir - SƏBƏB VİDEO

628 24.03.2023 13:40 Gündəm A A

Dənizkənarı Milli Parkda SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsi önündə artıq onun mahnıları səslənmir.

Musavat.com xəbər verir ki, abidə önündə quraşdırılan məlumat lövhəsində M.Maqomayevin bir neçə mahnısının adı yazılıb. Adların yanındakı düyməni sıxmaqla yerli və xarici turistlər ifaçının sevilən mahnılarını dinləmək imkanı qazana bilərlər. Lakin tətil günlərində Bakı bulvarında gəzənlər bundan məhrum olub.

Xatırladaq ki, Müslüm Maqomayevin abidəsinin açılışı avqustun 17-də, müğənninin 80 illik yubileyi günü baş tutmuşdu.
Abidə Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılıb.

Nigar HƏSƏNLİ,
Video və fotolar müəllifə məxsusdur
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR