İnsanlara hürriyət, millətlərə istiqlal!

Münasibəti cəhənnəmə çevirən bürclər

4604 25.10.2022 10:37 Astrologiya A A
 
Bəzi insanlar dostluq və ya işgüzar münasibətlərdə kifayət qədər uğurludurlar.
 
Onlar güclü karyera və sosial cəhətdən sevilən tiplərdir. Ancaq söhbət sevgi münasibətinə gəlincə, hər şey alt-üst olur və o insan münasibəti zindana çevirir. Bəzən bu, bağlılıq qorxusu və uzunmüddətli birliliklə əlaqəli ola bilər.
 
 
Astroloqlar münasibəti cəhənnəmə çevirən bürcləri açıqlayıblar.
 
Musavat.com Bakupost.az-a istinadən onları təqdim edir:
 
 
BUĞA
 
 
Buğa bürcü çox inadkar, eyni zamanda tələbkardırlar. Bir şey haqqında qərar qəbul etdikdən sonra güzəştə getmirlər. Bu, mühüm qərarlar və karyera baxımından müsbət xüsusiyyət olsa da, münasibət üçün olduqca zərərlidir. Bu, o deməkdir ki, buğalar həqiqətən inadkar olduqları üçün qarşı tərəfi dinləməyəcəklər. Buğa bürcünün bu davranışı uzunmüddətli münasibətlərin bitməsinə belə gətirib çıxarır.
 
 
ƏKİZLƏR
 
 
Əkizlər uzun müddət sadiq qala bilməzlər. Onların qayğısına qalan tək şey özləridir. Partnyorlarının hisslərini dinləməyi və ya onu anlamağı unudurlar. Əkizlər sosial təbiətlidirlər, yəni həmişə yeni insanlarla ünsiyyət qurmağı sevirlər. Flört etməyi sevdikləri üçün partnyoru ilə qalmaq onlar üçün çətindir.
 
 
ƏQRƏB
 
 
 
Əqrəblər kiməsə güvənməkdə çox çətinlik çəkirlər, xəyanət edib-etməyəcəyi düşüncəsi onların "beynini yeyir". Bu kiçik etibarsızlıqlar onların beyninə o qədər daxil olur ki, onsuz da yolunda gedən hər şeyi məhv edirlər. Əqrəblər hər şeyə çox maraq göstərirlər, lakin özləri haqqında sirr vermirlər. Əqrəb bürcü insanlarının bu rəftarları da münasibət qurmağı çətinləşdirir.
 
 
OXATAN
 
 
 
Oxatan bir yerdə ilişib qalmağı sevmir. Onlar həmişə azad olmaq istəyirlər. Sadiqlik onlarlıq deyil. Hər şeydən çox tez sıxılırlar. Bu xüsusiyyətlər oxatanların uzunmüddətli münasibət qurmasına mane olur. Onlar həmişə yeni yerlərə getmək və yeni insanlarla tanış olmağın yollarını axtarırlar.
 
 
DOLÇA
 
 
 
Onlar hisslərini gizli saxlayırlar. Bir münasibətdə bağlılıq hiss edən kimi geri çəkilirlər. Dolça da həmişə azad olmaq istəyir. Bir insandan asılı olduqları üçün özlərini bədbəxt hiss edə bilərlər.
 
Qoç, xərçəng, şir, qız, tərəzi, oğlaq və balıqlar münasibətlərdə çox diqqətlidirlər. Xoşbəxt, yolunda gedən bir münasibətləri üçün əllərindən gələni edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR