İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəyə qarşı çıxan şəxsə həbs cəzası verildi

903 26.09.2022 17:18 Region A A

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi ictimai fəal İqor Maltsevi 3 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu ilin mart ayının 6-da Maslenitsa bayramında Maltsev və onun sevgilisi Sofya Semyonova hərbi geyimdə olan müqəvvanı yandırıblar. Məhkəmə bunu bir qrup şəxs tərəfindən siyasi nifrətlə törədilmiş xuliqanlıq kimi qiymətləndirib.

Prokuror əvvəlcə Maltsev üçün 5 il həbs istəyib.

Həmin vaxt Malaya Neva çayının buzunun üzərində keçirilən aksiya müharibə əleyhinə olub. “Maslenitsa müqəvvası”nın üzərinə hərbi kamuflyaj geyindirilib, başında isə “Alın götürün” yazısı qeyd olunub.

İqor Maltsev məhkəmədə qatı pasifist olduğunu, Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını və ölənlərin cəsədlərinin gətirilməsini tələb etdiyini bildirib.

Sofiya Semyonova isə Rusiyanı tərk etməyə macal tapıb. O, axtarışa verilib və haqqında qiyabi həbs hökmü çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR