İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin 24-cü ayı: Qalib yoxdur, məğlub var...

2447 22.02.2024 22:55 Yazarlar A A

Bu savaş əlbəttə ki, Rusiya hərb maşını haqda mifi də dağıtdı, NATO-nun da göründüyü kimi o qədər də sərt hərbi blok olmadığı üzə çıxdı

Artıq iki ildir dünya fərqli rejimində yaşayır. Fevralın 24-də 24 aydır ki, Rusiya Ukraynada “Xüsusi Hərbi Əməliyyat”a başladığını elan edib, Rəsmi Kiyev və dünya isə bunu işğalçı müharibə adlandlırır.

Ukrayna ilə müharibənin ilk günləri şəxsən məndə elə təsəvvür vardı ki, Rusiya çox tezliklə Kiyevi alacaq, Zelenski hakimiyyətində ölən öləcək, qaçan qaçacaq. Rusiya denasifikasiya, yəni millətçi qüvvələri qovaraq Ukraynada öz adamlarının hakimiyyətini quracaq. Bundan sonra yeni konstitusiya qəbul edilərək demilitarizasiya prosesi-Ukraynanın bloklara qoşulmayan, neytral statusu elan ediləcək. Rusiya əməliyyatın üçüncü hədəfini isə hələ müharibədən bir gün əvvəl qondarma “Donetsk Xalq Respublikası”nı və “Luqansk Xalq Respublikasını” rəsmi şəkildə tanıyandan elan etmişdi- Donbasın müdafiəsi... 

Screenshot_1.png (868 KB)

Əgər Rusiya hədəflərinə tez çatsaydı, bəlkə də qondarma respublikaların Rusiyaya birləşdirilməsinə ehtiyac qalmayacadı, Kiyev yerinə yetirilməmiş Mİnsk razılaşmasına qayıdacaq, Ukrayna parçalanmayacaqdı...

Tezliklə aydın oldu ki, Rusiyanın elan etdiyi hədəfləri gerçəkləşdirmək asan olmayacaq, çünki 2014-cü ildən bəri Qərb Ukraynada xüsusilə Donbas istiqamətindəki şəhərlərdə ciddi istehkamlar qurmuşdu, ordu müasir silahlar almış, NATO standarlarına uyğun təlimlər keçmişdi. 2022-ci ilin yazında, İstanbulda mümkün sülh razılaşmasının pozulmasından sonra münaqişənin uzanan xarakter daşıyacağı bəlli oldu...

Müharibənin birinci ildönümü Ukrayna üçün ümid dövrünə təsadüf etdi. Ukrayna Silahlı Qüvvələri nəhayət həlledici ola biləcək əks-hücuma hazırlaşırdı və ABŞ və Avropadan ağır silahların çatdırılmasını gözləyirdi. Bir cümlə ilə deyək: əks-hücum alınmadı. 

Screenshot_3.png (1012 KB)

İndi müharibənin ikinci ili əsasən, mövqe döyüşləri gedir,Qərbin yardımı xeyli azalıb və Rusiya ordusu əlavə qüvvələr cəmləyərək cəbhənin bir neçə istiqamətində vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsinin ikinci ili dronların geniş tətbiq edildiyi il oldu. Ukrayna bu dronlardan xüsusilə daha keyfiyyətli istifadə etdi, Moskvaya qədər uçanları da oldu, Qara dənizdə Rusiyanın bir neçə gəmiləri hədəfə alındı. Amma PUA-lar ərazini azad edə və ya ələ keçirə bilməz, bunun üçün piyada və zirehli maşınlar lazımdır. Bu sahədə isə Rusiyanın üstünlükləri var və cəbhədə ələ keçirilən torpaqlar yalnız bunları sayəsindədir. Bir dəfə də qeyd etmişdim, NATO-da kabinet generallar çoxdur, onlar heç səhra əməliyyatlarında ciddi uğur əldə etmədikləri bəlli faktdır, İraq, Suriya, Əfqanıstanı yada salmaq kifayətdir. Rus zabiti, generalı isə palçıq generallarıdır, yəni bu məktəb, ənənə var. O səbəbdən Ukraynadakı NATO-nun kuratorları ciddi uğurlu əməliyyat hazırlaya bilmədilər.
Bu savaş əlbəttə ki, Rusiya hərb maşını haqda mifi də dağıtdı, aylarla bir istiqamətdə qarışqı yerişi qədər uğur qazana bilmədikləri də oldu. NATO müharibə başladıqdan sonra Finlandiyanı sıralarına qoşdu və beləliklə, Rusiyanın Şimali Atlantika bloku ilə sərhədinin uzunluğu iki dəfə artdı. 

Screenshot_2.png (499 KB)

İsveç də bloka qoşulmağa faktiki razılaşdırılb. O, bloka daxil olduqda Baltik dənizi “NATO-daxili gölə çevriləcək”. Bunlar əlbəttə ki, baş verib və Rusiya ziyanına olan prosesi dayandırma bilmədi. Amma NATO-nun da göründüyü kimi o qədər də sərt hərbi blok olmadığı üzə çıxdı. Rusiya ilə açıq konfliktdən, Ukraynanın üzvlüyü ilə bağlı riskli qərarlar verməkdən çəkindi.

Qərbin elan etdiyi-Rusiyanı dünyadan tamamilə təcrid etmək kimi fantastik planı da əlbəttə ki, reallaşmadı. Rusiya iqtisadiyyatı genişmiqyaslı transformasiyadan Qərbin də etiraf etdiyi kimi itkilərlə, amma salamat çıxa bildi.

Hansısa tərəfin bu cür şəraitində həlledici hərbi məğlubiyyətə uğraması və ya həlledici qələbə qazanması mümkün kimi görünmür. Hər iki tərəfin bu “sürünən” və nəticəsiz müharibədən yorulub, diplomatik həll variantlarına üstünlük verə bilər, amma o da üfüqdə görünmür. Rusiya Ukraynda hakimiyyəti dəyişməyə bilər, amma şərti dəyişməyib. Ukrayna neytral statuslu dövlət olmalıdır. 

Screenshot_4.png (989 KB)

İki ildir “yanğına benzinlə” gedənlərin arqumentləri hələ ki, dünya üçün keçərlidir. “Hərbi yardım Ukraynada demokratiyaya dəstək və ölkənin Rusiya üzərində qələbəsi üçündür” deyirlər. Ukraynada amerikalı, ingilis, fransız muzdlular hələ də döyüşürlər. Qərb mətbuatı yazırdı ki, onlar qəhrəmandırlar. Bu yaramazlar bizi müharibə zamanı Qarabağa muzdlu döyüşçü gətirməkdə ittiham edirdilər, hələ də öz paralı muzdlularına qəhrəman deyirlər... 

Screenshot_5.png (777 KB)

Müharibə başlayandan ABŞ-ın və Avropanın silah tədarük edən şirkətlərinin səhmlərinin dəyəri ən azı iki dəfə artıb. İki ildir yazıram, Ukrayna bu müharibədə ən çox itirən tərəfdir, məğlubiyyəti də onlara biçirlər. Qərb isə əslində, Rusiyanın bu müharibədə sifətini xilas etməklə məşğuldur. Əgər məğlub olub qoşunlarını müharibədən əvvəlki mövqelərinə qaytarmağa razı olarlarsa, xalqına “bütün dünya ilə vuruşurduq, nə edək...” deyə bilərdilər. Udarlarsa, “Ukraynanın yox, dünyanın kürəyini yerə vurdum” deyərlər...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR