İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Nazənin: “Beş qardaşım vardı, hamısını itirdim” - VİDEO

832 11.11.2023 02:16 Şou-biznes A A

“Beş qardaşım vardı. Hər qardaşımın vəfatı arasında iki il fərq oldu”.

Bu sözləri müğənni Nazənin Salayeva ATV-də yayımlanan “Rəngarəng səhər” verilişində deyib.

Beş qardaşını itirən sənətçi bildirib ki, onlara ana əvəzi olub:

“İki qardaşımın dünyasını dəyişməsi məni daha çox yandırdı. Biri ailəmizin böyüyü olub. O, bizə atamız kimi olub. Digəri isə körpəlikdən saxladığım qardaşım, mənə övladım kimi əziz olub. Ağciyərindən xəstə idi. Bütün rayon camaatı bilir ki, onun sağalması üçün əlimdən gələni etdim. Qardaşlarımın ikisi suda boğularaq vəfat edib. Birini əsgərlikdən evə gəlməyinə dörd ay qalmış su nəqliyyatı - kater vurub. Digəri isə Rusiyanın Kalininqrad şəhərində göldə boğularaq ölüb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR