İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi təkzib etdi: Bu məlumat yalandır!

1392 04.12.2023 18:32 Son xəbər A A

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR