İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır-Rusiya XİN sözçüsü

531 03.04.2024 12:41 Dünya A A

 

İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib. 

Musavat.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib. Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.

“Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalanda ittiham edirəm”, - Zaxarova bildirib.

XİN təmsilçisinin sözlərinə görə, Qərb ölkələri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit edilməyib və təmin edilməyib.

Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR