İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada qətl törədən killerin güllələndiyi deyilir

522 06.06.2024 14:13 Dünya A A

İlkin məlumatlara görə, Moskvanın qərbində atəş açaraq qətl törədən muzdlu killer polis tərəfindən öldürülüb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Mash teleqram kanalı Konstantin Balışanskinin qatili məhv edildiyi barədə xəbər yayıb.

Bundan əvvəl Telegram kanalı qətldə şübhəli bilinən şəxsin tapıldığını və onun Aminevskoye şossesi ərazisində polisə cavab atəşi açdığını yazmışdı.

İnternetdə qatilin Moskvada 34 yaşlı Konstantin Balışanskini təqib etdiyini əks etdirən görüntülər yayılıb.

Snimok-ekrana-2024-06-06-v-12.54-pic_32ratio_900x600-900x600-22595.jpg (77 KB)

Qatil əvvəlcə yalnız kişini yaralaya bilib. Zərərçəkmiş qatildən qaçmağa çalışsa da, o, ona yetişib və yenidən atəş açıb. Hadisənin şahidləri killerin Balişanskiyə 8 güllə vurduğunu deyiblər. Sonuncu güllə adamın ölümünə yüzdəyüz səbəb olacaq bədən nahiyəsinə atılıb.

Media yazır ki, Balışansky multimedia avadanlığı, LED və LCD ekranlarla məşğul olan “Mediasystem Group” şirkətinin rəhbərinin oğlu olub. Mərhum “Nike SB Russia” komandasında çalışıb, komandadan ayrıldıqdan sonra atasının yanına işə gedib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR