İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada məşhur şəxs GÜLLƏLƏNDİ

1544 06.06.2024 23:00 Hadisə A A

Moskvada Aleksey Sviridov küçəsində 1989-cu il təvəllüdlü məşhur skeytbordçu Konstantin Balişanski güllələnib.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-ləri Moskva şəhəri DİN Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qurum qətli sifarişli adlandırıb. Hadisə yerində kriminalistlər işləyirlər. Həmçinin, videomüşahidə kameralarının qeydləri öyrənilir, şahidlər dindirilir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları cinayətkarın üç dəfə atəş açdığını dəqiqləşdirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mərhum hadisə yerinin yaxınlığında yerləşən həyətdə yaşayırmış.

Qeyd edək ki, məşhur şəxsi güllələyən qatil zərərsizləşdirilib. Qatil Aminevskoye şossesi ərazisində ağacların arasında gizlənərkən yaxalanıb və aşkarlandıqdan sonra polis əməkdaşlarına atəş açıb, lakin zərərsizləşdirilib.

Hadisə anının görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR