İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada küçənin ortasında bataqlığa düşən uşaqların xilas edildiyi anlar - VİDEO

815 30.03.2024 14:07 Hadisə A A

Rusiyanın paytaxtı Moskvada qəribə hadisə baş verib.

Belə ki, velosiped sürən uşaqlar küçənin ortasında bataqlığa düşüblər.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Görüntülərdən aydın olur ki, əvvəlcə uşaqları sakinlər çıxarmaq istəyirlər.

“Onlar uşağın ayağını sındıracaqlar. Gözləyin xilasedicilər gəlsin”, - deyə kadrarxası səs eşidilir.

Buna baxmayaraq, uşaqlardan birini çıxarmaq mümkün olur. Digər uşaq üçün isə FHN əməkdaşları çağırılıblar.

Mənbə: “Baza” “Telegram” kanalı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR