İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Xankəndidə “rus icması” qurur: Planın detalları CANLI-da

1190 13.05.2022 15:53 Gündəm A A

Qarabağ anklavındakı separatçı-quldurbaşı Araik Arutyunyan “Şeytan yuvası” Xankəndində mayın 10-da Aleksandr Bordovun başçılıq etdiyi “Rus icması”nın nümayəndələrini qəbul edib.

Erməni mənbələri yazıb ki, görüş zamanı qondarma qurumun “sosial, təhsil və mədəniyyət sahələrində həyata keçirilən siyasətlə” bağlı məsələlər müzakirə olunub.

Bəllidir ki, Qarabağdakı qondarma “rus icması” sırf Moskvanın Bakıya təzyiq rıçaqı kimi düşündüyü bir siyasi layihədir.
Təsadüfi deyil ki, bu “icma”nın üzvlərinə Rusiya pasportları da paylanıb. A.Bordov rus yox, əslən ermənidir və Rusiya xüsusi xidmət orqanlarına bağlı adamdır.

Əlbəttə ki, Qarabağda heç bir legitim “rus icması”ndan söhbət gedə bilməz. Bunu üçün hər hansı qanuni zəmin, demoqrafik amillər mövcud deyil. Azərbaycanda qanuni, legitim rus icması çoxdan var - Azərbaycan Rus İcması. Mərkəzi də Bakıdadır.

TVMusavat-ın saat 16:00-da canlı yayınında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Rusiyanın Qarabağdakı ssenarilərini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR