İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva RƏSMƏN elan etdi: Ukraynadakı fransız hərbçiləri VURACAĞIQ! CANLI

715 04.06.2024 15:55 Son xəbər A A

Fransalı təlimatçılar Ukraynada Rusiya ordusunun qanuni hədəfidir. Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı danışarkən bildirib. “Fransalı təlimatçıların artıq Ukraynada işlədiklərini və qanuni hədəf olduğunu düşünməyə əsas var", deyə Lavrov vurğulayıb.

“30-40 nüvə silahı ilə bütün ölkəni məhv etmək cəmi 10 dəqiqə çəkəcək. 10-15 dəqiqəyə həm Polşa dövləti, həm də Polşa xalqı məhv olacaq”. Musavat.com xəbər verir ki, bunu rus hərbi ekspert Konstantin Sivkov “Rossiya 1” kanalında yayımlanan tok-şou zamanı deyib. Yayımlanan proqramda qonaqlar bu həftəsonu Avropa Parlamentinə seçkilər öncəsi Polşaya nüvə zərbəsi endirilməsini müzakirə ediblər. Bu zaman Sivkov Polşanın nüvə müharibəsi ilə üz-üzə qalacağını iddia edib.

“Gəlin Polşaya baxaq. Kiçik nüvə müharibəsi teatrına çevrilə biləcək ən real namizəddir. Orada 20 böyük şəhər varmı? Mən belə düşünmürəm. Hər şəhərə iki nüvə raketi ayırsaq, bu, cəmi 30-40 raketə bərabər olacaq. 10-15 dəqiqəyə məhv olacaqlar. Polşa xalıq polyak dili məhv olacaq”, - deyə o bildirib.

Ukrayna ordusu Krım körpüsünə yeni hücuma hazırlaşır. Almaniyanın “Bild” nəşri belə bir məlumatla çıxış edib. Xəbərdə qeyd olunur ki, ötən həftənin sonunda Ukrayna ordusu Krımda Rusiyaya məxsus “Avanqard” və “Konro Treyder” bərələrinə hücum edib. Rusiya mənbələri bu hücumda Qərb silahlarından – “ATACMS” və "Storm Shadow" raketlərindən istifadə edildiyini bildirir. Eyni zamanda, Rusiyanın Krımdakı hava hücumundan müdafiə sistemi növbəti dəfə işinin öhdəsindən gələ bilməyib. Bərələrdən biri batıb, digərininsə gövdəsində böyük dəlik yaranıb.

“Bild”in məşhur analitiki Julian Röpkenin qeyd etdiyi kimi, bu iki böyük bərə uzun illərdir ki, Rusiya ərazisi ilə ilhaq edilmiş yarımada arasında hərəkət edir. 2018-ci ilin oktyabrında Krım körpüsünün açılışı ilə bərələr öz əhəmiyyətini itirmişdi, çünki Rusiya birbaşa dəmir yolu ilə Krıma mal çatdıra bilirdi. Lakin 2022-ci ilin oktyabrında Ukrayna ilk dəfə Krım körpüsünə hücum edəndə hər şey dəyişdi. Güclü partlayış dəmir yoluna ciddi ziyan vurdu və onu bir neçə həftə sıradan çıxardı. Bu zaman sözügedən bərələr yenidən yarımadanın mülki və hərbi mallarla təchizatı üçün vacib oldu: “Bəzi müşahidəçilər hesab edir ki, bərə hücumu Krım körpüsünə gözlənilən yeni hücumun əlaməti ola bilər”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə Rusiya ərazilərinin vurulmasını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR