İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva “ağ bayraq” qaldırır: rusların zirehli qatarı partladıldı - CANLI

1502 18.05.2022 16:00 Gündəm A A

Ukrayna partizanları Zaporojyenin Melitopol şəhərində Rusiyanın zirehli qatarını partladıb. Məlumatı UNIAN yayıb. Bildirilib ki, dəmiryoluna ziyan dəyib. Zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı dəqiqləşdirilir.

Məlumata görə, hadisə əraziyə rusiyalı general-mayor gələrkən baş verib. Bir müddət əvvəl Melitopolda iki nəfərin meyiti aşkarlanıb. Həmin meyitlərin yüksək vəzifəli rusiyalılara aid olduğu bildirilib. Partlayışı Ukrayna diversiya qrupunun törətdiyi ehtimal olunur.
Melitopol Rusiya hərbçilərinin nəzarəti altındadır. Bildirilib ki, Rusiya hərbçilərinin özlərini rahat hiss etməməsi üçün ukraynalı partizanlar şəhərdə tez-tez partlayışlar törədirlər.

Rusiya Prezidenti Vladimir Putinin əhalini və şəhərləri xilas etmək əmri olmasaydı, rus ordusu Ukraynanı çoxdan “təmizləmişdi”. Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Əgər Rusiya Prezidenti əhalinin və şəhərlərin mümkün qədər qorunub saxlanması barədə göstəriş verməsəydi, o zaman biz Ukraynanı çoxdan təmizləyərdik. Biz ölkənin birləşmiş silahlı qüvvələriyik. Bunda heç bir problem yoxdur”, - Kadırov bildirib.
Ukrayna hərbçiləri isə daha bir Rusiya təyyarəsini vurublar. Bu barədə Ataman Kostya Qordienko adına 57-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.

Rusiya ilə Ukrayna arasında danışıqlar getmir, çünki Kiyevin bu prosesi davam etdirmək arzusu yoxdur. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Moskva Kiyevin danışıqları davam etdirmək istəmədiyini görür”.

TVMusavat-ın 16:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli ilə politoloq Vaqif Hüseyn prosesləri dəyərləndirirlər. Tamaşaçılar da müzakirəyə qatıla bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR