İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva aeroportunda reyslər təxirə salınıb

1030 27.09.2022 10:45 Region A A

Sentyabrın 27-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvanı bürüyən duman səbəbindən azı 9 reys təxirə salınıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, paytaxt hava limanlarının onlayn tablosuna əsasən, Şeremetyevoda iki reys, Domodedovoda üç reys gecikib, daha biri ləğv edilib. Vnukovoda dörd reys gecikir, Jukovskidə isə bir reys təxirə salınıb.

Eyni zamanda, səhər saat 7:50-də (Bakı vaxtı ilə 8:50-də) Rusiya paytaxtında azı 17 reys gecikib.

Bu gün səhər saatlarından Moskvanın bir sıra rayonlarını güclü duman bürüyüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR