İnsanlara hürriyət, millətlərə istiqlal!

Monteneqronun keçmiş prezidenti: Aİ çətin dövrlərdən keçir

474 16.03.2024 13:28 Siyasət A A

“Bu gün Avropa İttifaqı çətin dövrlərdən keçir”.

“Report” xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı Monteneqronun sabiq prezidenti Milo Cukanoviç deyib.

Onun sözlərinə görə, bu gün Aİ-nin üzləşdiyi problemlərin nəticəsi onun geosiyasi kontekstdə rəqabət qabiliyyətinə təsir edəcək.

“Ukraynadakı müharibəyə gəlincə, bu, əslində, Rusiyanın Ukraynanın öz inkişaf yolu ilə getməyi seçməsini qəbul etməməkdən başqa bir şey deyil. Üstəlik, bu, Rusiyanın Qərbə, Avropa dəyərlərinə qarşı müharibəsidir”, - eks-prezident bildirib.

M.Cukanoviç vurğulayıb ki, Ukraynadakı müharibə ilə yanaşı, hazırda Avropa ölkələrində müxtəlif böhranlar var və bu, həmin ölkələrin təhlükəsizliyində böyük boşluq olduğunu nümayiş etdirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR