İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova iyunun sonunda Aİ-yə üzvlük danışıqlarına başlayacaq

425 28.05.2024 16:08 Son xəbər A A

Moldova hökuməti iyunun sonunda Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün bütün hazırlıq prosedurlarını başa çatdırmağı planlaşdırır.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın baş naziri Dorin Recan məlumat verib.

“Biz iyunun sonuna kimi Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlara başlamaq üçün ev tapşırığını tamamlamağı hədəfləyirik”, - deyə hökumət başçısı bildirib. Bundan əvvəl Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoy bu danışıqlara Avropa Parlamentinə seçkilərdən əvvəl başlanmasının vacibliyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR