İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova hakimiyyəti müxalifəti məhv etmək istəyir – Qutsul

451 06.06.2024 13:56 Dünya A A

Moldovadakı Qaqauz Yeri muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul iyunun 6-da deyib ki, Moldova hakimiyyəti cinayət təqibinə məruz qoymaq təhdidi ilə ölkədə müxalifəti tamamilə məhv etməyə çalışır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Y.Qutsul bu sözləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən jurnalistlərə deyib.

“Moldova Respublikasında müxalif siyasətçi olmaq çox çətindir. İndi bizdə tezliklə prezident seçkiləri var. Onlar başa düşürlər ki, tezliklə artıq gücləri olmayacaq. Təbii ki, onların bir məqsədi var – müxalifəti zəiflətmək”, - muxtariyyat rəhbəri bildirib.

Qutsul vurğulayıb ki, onun komandası seçkilərdə qalib gəlmək üçün hər şeyi edəcək ki, Moldovanın Rusiya ilə dostluq və tərəfdaşlıq münasibətlərini saxlayan prezidenti olsun.

Onun sözlərinə görə, hazırda Moldovada müxalifətə qarşı qaldırılan bütün cinayət işləri onun tam məhvinə yönəlib. Qaqauziya rəhbəri əlavə edib ki, Moldovanın indiki hakimiyyət orqanları indi Moldovada baş verənlərə görə cəzalandırılmalıdır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR