İnsanlara hürriyət, millətlərə istiqlal!

Mobil cihazlarda fərdi təhlükəsizliyi necə qoruyaq - mütəxəssis rəyi

1057 31.03.2022 08:10 Texnologiya A A

Son dövrlər telefon istifadəçilərinin təhlükəsizlik problemi aktuallaşıb

Son dövrlər telefon istifadəçilərinin təhlükəsizlik problemi xeyli aktuallaşıb. Şahidi oluruq ki, bəzən şəxsin xəbəri olmadan mobil telefonundakı məlumatlar üçüncü şəxsə ötürülə bilir. Mütəxəssislər qeyd edir ki, qanunvericilikdə fərdi məlumatların qorunması ilə bağlı hökumətin müəyyən vəzifələri olsa da, ilk növbədə istifadəçinin özü təhlükəsizliyinin qayğısına qalmalıdır. Belə ki, telefon istifadəçisi könüllü olaraq müəyyən şəbəkələrə, mobil tətbiq və proqramlara qoşularkən özü ilə bağlı informasiyaları qeyd edərkən diqqətli olmalıdır. Yəni qoşulduğu mobil tətbiqləri dəqiq araşdırmalı, bu tətbiqin hansı informasiyalar tələb etdiyini, məqsədini öyrənməyə çalışmalıdır.

Bəs mobil telefondakı video və fotolar yaxın məsafədən ələ keçirilə bilərmi? Belə bir xüsusi proqramlar varmı?  Belə olan halda nə etməli?

Mövzu ilə bağlı İT mütəxəssisi Emin Qasımov “Yeni Müsavat”a danışıb:

“Yaxın məsafədən mobil telefondakı görüntüləri ələ keçirmək olmur. Yalnız köhnə model telefonlarda, köhnə android əməliyyat sistemlərindən götürmək mümkündür ki, bu da asan bir proses deyil. Beləliklə, heç bir proqramla məsafədən ağıllı telefonların məlumatlarını oğurlamaq mümkün deyil”.

Mütəxəssislər onu da xatırladır ki, istifadəçilərin sosial şəbəkə hesabları, habelə e-maillərə bağlı olan bank hesabları, digər materialları hakerlər tərəfindən ələ keçirilə bilər. İstifadəçilər bu cür məsələlərlə bağlı problemlərlə üzləşdikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron təhlükəsizlik mərkəzinə müraciət edə bilər. Ən əsası, vətəndaşlar bilməlidir ki, başqasının şəxsi məlumatlarını, görüntülərini ələ keçirmək, yaymaq cinayət məsuliyyəti yaradır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR