İnsanlara hürriyət, millətlərə istiqlal!

Mizulina: “Hüseyn Həsənov Rusiyadan qaçıb”

1020 10.07.2024 14:41 Dünya A A

Məşhur Azərbaycan əsilli rusiyalı bloqer Hüseyn Həsənovun ölkədən qaçdığı bildirilir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Telegram kanalında bildirib.

Mizulina vergi idarəsinin məhkəməyə müraciət etdiyini, H.Həsənovun bir sıra şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını, özünün isə qaçdığını bildirib. O, həmçinin Federal Vergi Xidmətinin, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin bloqerlər Asxab Tamayev və Eduard Bilin fəaliyyəti ilə məşğul olacağına ümid etdiyini bildirib.

İyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb. Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Adamın Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloqerin özü başqa dövlətin ərazisindədir.

Bundan əvvəl H.Həsənovun payının olduğu şirkət başqa qurumdan iddia alıb. Yapon mətbəxinə məxsus təamlar hazırlayan “Banda Foods” MMC yeməklərin çatdırılması üçün “Delivery 24” MMC-nin xidmətlərindən istifadə etsə də, bir neçə ay sonra birinci şirkət bağlanıb. İndi “Delivery 24 MMC keçmiş tərəfdaşından 645 min rubl tələb edir.

Qeyd edək ki, Azərbaycanda da yaxşı tanınan bloqer Hüseyn Həsənov səxavəti və ekssentrik hərəkətləri ilə ad çıxarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR