İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə yüksəkçinli məmurlardan kütləvi istefa

680 02.04.2024 23:29 Dünya A A

Misirin 27 vilayətinin qubernatorları istefa ərizələrini ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə təqdim ediblər.

Məlumata görə, prezidentin məmurların 70%-ni əvəz edə biləcəyi gözlənilir.

Çərşənbə axşamı parlament qarşısında konstitusiya andı içən və yeni prezidentlik müddətinə qədəm qoyan Misir lideri yaxın bir neçə gün ərzində əyalətlərin idarəçiliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirəcək. Bəzi qubernatorlar başqa inzibati vahidlərə köçürüləcək, bəziləri isə işdən çıxarılacaq. Bəzi rayon rəhbərləri onların müavinləri ilə əvəz olunacaq.

Qeyd edək ki, Misir əyalətlərinə məhkəmə hakimiyyətinin nümayəndələri, hərbçilər, həkimlər və gənclərin siyasi hərəkatlarının liderləri rəhbərlik edə bilər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR