İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir rəsmisi: Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik

579 08.06.2024 15:37 Dünya A A

“Misirlə Azərbaycan arasında neft-qaz, İKT, infrastruktur, eləcə də əczaçılıq kimi sahələrdə səmərəli əməkdaşlıq mövcuddur”.

APA-nın Qahirəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Misirin beynəlxalq əməkdaşlıq naziri əvəzi Raniyə Əl Maşat bildirib.

O deyib ki, ölkəsi gələcəkdə bu sahələrin daha da genişləndirilməsində maraqlıdır: “Azərbaycan Prezidentinin səfərinə hazırlıq məqsədilə ötən ay ölkənizdən Misirə iş adamları və hökumət nümayəndələri də səfər həyata keçirmişdi. COP29 tədbirindən əvvəl burada Misir-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında əməkdaşlıq sahələri barədə daha ətraflı müzakirələr aparacağıq. Mən Azərbaycanı COP20 tədbirinə ev sahibliyi edəcəyi üçün təbrik edirəm. Misir iki il öncə COP27 tədbirini təşkil etmişdi. Ölkələrimiz arasında bir sıra əməkdaşlıq sahələri var. Onlardan biri iqlim dəyişikliyi ilə mübarizə sahəsində tərəfdaşlıqdır. Burada əsas məsələ iqlim məsələlərinə beynəlxalq ictimaiyyətdən vəsaitin cəlb olunmasından ibarətdir. Ona görə də bu səfərdən sonra Azərbaycanla yuxarıda qeyd etdiyim sahələr üzrə əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR