İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir milli valyutası çökdü: Dollar bu qiymətə oldu  

1726 06.03.2024 18:10 İqtisadiyyat A A

 

Misir valyutasının məzənnəsi kəskin azalıb.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, ölkənin Mərkəzi Bankının tam sərbəst üzən məzənnə siyasətinə keçildiyini açıqlamasından sonra ABŞ dollarının Misir funtuna nəzərən məzənnəsi 63 faiz artaraq 30,85-dən 50,3 funta yüksəlib.

Misir Mərkəzi Bankı müvafiq qərarı yerli funtun məzənnəsini saxlamaq üçün bir neçə aylıq cəhdlərdən sonra fövqəladə iclasında qəbul edib. Mərkəzi Bank, həmçinin pul siyasətinin sərtləşdirilməsini sürətləndirmək və yüksək inflyasiya ilə mübarizə məqsədilə overnayt kreditləşmə dərəcəsini 28,25 faizə, overnayt depozit dərəcəsini isə 27,25 faizə yüksəltdiyini açıqlayıb.

Tənzimləyicinin dərəcələri 600 baza bəndi artırması, digər məsələlərlə yanaşı, Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə izah edilib. Agentliyin istinad etdiyi mənbələrə görə, BVF dəstəyinin 3 milyard dollar genişləndirilməsi ilə bağlı saziş bir neçə saat ərzində imzalana bilər.

Qeyd edək ki, son illərdə Misir iqtisadiyyatı xroniki valyuta çatışmazlığından əziyyət çəkir. Materialda deyilir ki, 2022-ci ilin əvvəlindən bir sıra mərhələli devalvasiyalar nəticəsində funt dollara nisbətdə dəyərinin təxminən yarısını itirib. Elə həmin il Misir milli valyutanın dollara bağlanmasından imtina etmək və bu məqsədlə Misir funtu indeksini hazırlamaq niyyətini açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR