İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Mərdanov çubuqlu bölməni edə bilməyənlərdən danışdı: "Belə hal varsa..."

11011 08.07.2023 09:05 Təhsil A A

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə bəzi riyaziyyat müəllimlərinin çubuqlu bölməni bilmədiyini söyləyib.

“Son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz. Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”, - deyə nazir bildirib.

Bəs ölkədə riyaziyyat müəllimlərinin bu qədər zəif olmasının səbəbi nədir?

Mövzu ilə bağlı keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitunun direktoru, professor Misir Mərdanovun mövqeyni öyrənməyə çalışdıq.

Keçmiş nazir Redaktor.az-a bildirdi ki, məsələ ilə bağlı nəsə söyləyə bilməz.

“Çünki mən 11 ildir ki, bu sahədən uzağam. Buna görə kimin nə bilib-bilməməsini söyləyə bilmərəm. Əlbəttə, belə hal varsa, çox pisdir. Bu cür fakt varsa, bu istiqamətdə ciddi addımlar atılmalıdır”, - deyə M.Mərdanov vurğuladı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR