İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir iki beynəlxalq qurumdan 9 milyard dollar borc alır

303 07.03.2024 00:48 Dünya A A

Bu gün Misir və Beynəlxalq Valyuta Fondu (BVF) arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, sazişə əsasən, Fond Ərəb Respublikasına 8 milyard dollar maliyyə vəsaiti ayıracaqə

Misirin baş naziri Mustafa Madbuli bildirib ki, BVF ilə əvvəlcədən planlaşdırılan 3 milyard dollar əvəzinə 8 milyard dollarlıq müqavilə imzalamağa nail olublar: "BVF ilə müqavilə imzalandıqdan sonra Misir də Qlobal Ətraf Mühit Fonduna 1,2 milyard dollarlıq kredit üçün müraciət etməyi planlaşdırır".

Bu müraciət təsdiq olunarsa, Qahirə 9 milyard dollardan çox maliyyə vəsaiti alacaq və bu vəsaiti ölkə iqtisadiyyatının inkişafı üçün istifadə edəcək: "Biz iqtisadi islahatlar proqramı üzərində işləməyə və inflyasiyanın azaldılmasına çalışmağa hazırıq, yeni iş yerləri yaratmağı və Misirə xarici sərmayələri cəlb etməyi planlaşdırırıq".

Baş nazirəlavə edib ki, ölkəsi yeni maliyyə ilində iqtisadi artıma nail olmağı hədəfləyir. Misirdə dövlət investisiyalarının həcmi 1 trilyon Misir funt-sterlinqinə (cari məzənnə ilə təxminən 20,22 milyard dollar) çatıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR