İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan Ermənistan iqtidarına SƏRT İSMARIŞ

1429 15.03.2024 15:52 Region A A

 

“Ermənistanın başında olanlar həmişə faktiki olaraq Azərbaycanın xeyrinə ərazi güzəştləri ilə bağlı danışıqlar aparıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir maraqlı bəyanat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlamentdə Xarici əlaqələr daimi komissiyasının iclasında səslənib.

Nazirin sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinin sayının azalmasının qarşısını almaq üçün hər cür səy göstərib.

“Bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz çalışırdıq ki, Qarabağ erməniləri öz yerlərində qalsınlar. Buna cavab olaraq “Dağlıq Qarabağın” (qondarma qurum nəzərəd tutulur-red.) “siyasi elitası” hakimiyyəti dəyişməyə başladı. Cəmi bir neçə günlük hakimiyyətdə olan adam “Dağlıq Qarabağ”ın ləğvi haqqında fərman verdi”, - deyə Mirzoyan bildirib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR