İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan müxalifətə: Siz müharibə, azı 4000 qurban istəyirsiniz?

973 04.06.2024 22:26 Son xəbər A A

Azatutyun yazır ki, Ermənistan parlamentində büdcəyə dair müzakirələrdə Qarabağ ermənilərinin yurdlarına qaytarılması məsələsinə də toxunulub.

Bu məsələni keçmiş prezident Robert Koçaryanın fraksiyasından deputat Artsvik Minasyan qaldırıb. O soruşub ki, Ermənistan Xarici İşlər Nazirliyi bu istiqamətdə nə işlər görür?

Ararat Mirzoyan bu suala belə cavab verib: "Siz Qarabağa qayıtmaq deyəndə, zəhmət olmasa nəyi nəzərdə tutduğunuzu izah edin. Bu rəsmi Bakının təklif etdiyi variantdırmı?... Yoxsa siz Azərbaycanın tərkibində muxtariyyəti və ya müstəqil Dağlıq Qarabağı nəzərdə tutursunuz? Siz nə təklif edirsiniz? Əgər bu Dağlıq Qarabağda 2019-cu ildə mövcud olmuş status quo-dursa, siz bunu azı 4000 qurban bahasına etməyə hazırsınızmı?”//Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR