İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabit sülhün bərqərar olması üçün vacibdir

414 29.06.2024 11:03 Dünya A A

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.

Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.

Görüş Xorvatiyada keçirilən “Dubrovnik” forumu çərçivəsində baş tutub.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.

Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR