İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantların olduğu qayıq batıb – bu dəfə Kolumbiyada

412 11.07.2024 10:45 Dünya A A

İyulun 9-da 20 miqrantın olduğu gəmi Kolumbiya sahillərində Karib dənizində qəzaya uğrayıb.

Musavat.com xarici mediaya istinadla əbər verir ki, batan qayıqda ən azı bir nəfər öldü, dörd nəfər itkin düşüb. Altısı uşaq olmaqla 15 sərnişin xilas edilib.

Qəza Kolumbiya və Nikaraqua sərhədi yaxınlığında, San Andres və Providensiya adaları həndəvərində baş verib. Kolumbiyalı xilasedicilər helikopterlərin köməyi ilə itkin düşən miqrantların axtarışlarını davam etdirirlər.

“Xilas edilən böyüklər - Kolumbiya, Ekvador, İran, Nikaraqua, Qazaxıstan və Venesuela vətəndaşlarıdır. Xilas edilən uşaqlardan ikisi Qazaxıstandan, üçü Venesueladandır”, - yerli media Kolumbiya hərbi dəniz qüvvələrinə istinadən bildirir.

Ehtimal olunur ki, qayıq sərnişinləri ABŞ-a getməyə çalışan miqrantlardır. Qeyri-qanuni immiqrantlar arasında məşhur marşrut San Andres və Providensiya adalarından keçir - Kolumbiya və Nikaraquadan olan miqrantlar dənizi keçərək Panamaya, oradan isə Meksika vasitəsilə ABŞ-a gedirlər.

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Kolumbiya sahillərində batan miqrant qayığının sərnişinləri arasında Qazaxıstan vətəndaşlarının olduğuna dair məlumatı rəsmən təsdiqləməyib.

XİN-in səlahiyyətli nümayəndəsi bildirib ki, nazirlikdə bu hadisə ilə bağlı heç nə bilmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR