İnsanlara hürriyət, millətlərə istiqlal!

Minval.az saytı Rusiyada bloklanıb - Ölkənin oxucuları informasiya blokadasında saxlanılır

1278 17.03.2022 16:40 Media A A

"Yeni Musavat" Media Qrupuna daxil olan rusdilli Minval.az saytı Rusiyada bloklanıb. Saytın rəhbəri Emil Mustafayevin Musavat.com-a verdiyi məlumata görə, 48 faiz oxucusu Rusiyada yaşayan saytın bloklanması Ukraynada gedən müharibə ilə bağlıdır.

E.Mustafayev bildirir ki, Minval.az müharibə ilə bağlı öz oxucularına hərtərəfli informasiyalar verməyə çalışır, həm Rusiyanın, həm də Ukraynanın hərbi əməliyyatların gedişinə dair mövqelərini verir. Ancaq saytı bloklayanların izahə belədir ki, guya Minval.az-da feyk xəbərlər yer alır. 

Sayt rəhbəri bunu söz azadlığının boğulması, rus ideoloqları tərəfindən insanların zombiləşdirilməsi və onların rəylərinin "lazımi məcraya" yönəldilməsi cəhdi kimi qiymətləndirir.

Onu da qeyd edk ki, Rusiya Federasiyasının hərbi qüvvələrinin Ukraynaya müdaxiləsindən bir neçə gün sonra RF rəhbərliyi ölkədə senzura tətbiq edib, bir sıra xəbərlərin rus oxucusuna çatmasını yasaqlayıb və çalışır ki, oxucuları informasiya blokadasında saxlasın. 

Xatırladaq ki, ötən il Musavat.com saytı da Rusiya ərazisində bloklanıb və bu ölkədə yaşayan oxucularımız saytımızı açmaqda çətinlik çəkirlər. Bundan ötrü onlar ənənəvi Musavat.com loqinindən yox, Musavat.biz-dən istifadə etməlidirlər, ancaq bir xeyli oxucunun bu detaldan xəbəri yoxdur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR