İnsanlara hürriyət, millətlərə istiqlal!

Minlərlə dollar xərcləyib it oldu... - FOTOLAR

28910 31.07.2023 17:45 Maraqlı A A

Yaponiyalı kişi minlərlə dollar xərcləyərək it olmaq arzusunu həyata keçirib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Yaponiyada yaşayan Toko-san adlı şəxs uşaqlıqdan it olmaq arzusunda olub.

Nəhayət ki, yaponiyalı uşaqlıqdan bəri ən böyük arzusunu yerinə yetirərək, 14 min 161 dollar xərcləyərək, özünə cins itə bənzər kostyum hazırladıb.

Geyindiyi kostyumla küçələrə çıxan şəxsin görüntüləri sosial şəbəkələrdə hər kəsi şoka salıb.

“New York Post” qəzetində yer alan xəbərə görə, Toko həmin görüntüləri 32 min abunəçisi olan “Youtube” hesabında paylaşıb. Qısa zamanda həmin hesab sosial medianın ən çox danışılan kanallarından birinə çevrilib.

Xalidə Gəray
Musavat.com

itt.jpg (42 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR