İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimiz Avropa çempionatında bürünc medal qazanıb

531 31.07.2022 22:28 İdman A A

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşə çıxıb.

Musavat.com-un məlumatına görə, rəqib Lüksemburq yığması olub.

Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci hissədə heç-heçə edib - 18:18. Dördüncü hissədə isə Lüksemburq təşəbbüsə yiyələnərək, 17:7 hesablı üstünlüklə ümumi nəticəni bərabərləşdirib - 64:64. Görüşün taleyi əlavə hissədə həll olunub. Bu bölümdə 14:9 hesabı ilə üstün olan Azərbaycan millisi yekunda 78:73 hesablı qələbə ilə bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub. Finalda Monako və Albaniya yığmaları üz-üzə gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR