İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən Ali Baş Komandana və Silahlı Qüvvələrimizə TƏBRİK

480 25.06.2024 11:17 Siyasət A A

Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, parlament sədri iclasdakı giriş nitqini Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümünə həsr edib.

Torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rol oynayan qəhrəman ordumuz haqqında yüksək fikirlər söyləyən Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanı, Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib, uğurlar arzulayıb.

Deputatlar alqışlarla təbrikə qatılıblar.   

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR