İnsanlara hürriyət, millətlərə istiqlal!

“Microsoft”dakı nasazlıq səbəbindən ABŞ-də minlərlə aviareys ləğv edilib, bankomatlar işləmir

279 20.07.2024 03:09 Dünya A A

“Microsoft Azure” platformasındakı nasazlıqdan sonra ABŞ-də 2 300-dən çox reys ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə CNN "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hazırda ABŞ-də daxili uçuşların 8,9%-i, ümumilikdə 2 382 reys ləğv olunub.

Bununla yanaşı, "Bloomberg" bildirib ki, bir neçə min "JPMorgan Chase" bankomatı "Microsoft"un nasazlığına görə sıradan çıxıb.

Hazırda bankomatların əksəriyyəti işləyir.

Agentliyin qeyd etdiyi kimi, bankın 48 ştatda 16 minə yaxın bankomatı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR