İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hökuməti informasiya texnologiyaları sahəsindəki qəzaya görə biznesə yardım təklif etdi

379 19.07.2024 22:10 Dünya A A

ABŞ administrasiyası Microsoft şirkətinin CrowdStrike Falcon Sensor antivirus proqramının yenilənməsi ilə əlaqədar informasiya texnologiyaları sahəsində yaranan qlobal qəza ilə əlaqədar Amerikanın özəl sektoruna yardım göstərməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü jurnalistlərə məlumat açıqlayıb.

Onun sözlərinə görə, problemlə bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb: "Prezident CrowdStrike-in kəsilməsi ilə bağlı məlumatlandırılıb. Onun komandası CrowdStrike və təsirə məruz qalan tərəflərlə əlaqə saxlayır, gün ərzində sektoral məlumatların yenilənməsini təmin etmək üçün digər dövlət agentlikləri ilə işləyir və ABŞ biznesinə lazımi yardım göstərməyə sadiq qalır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR