İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunçiçəyi qapıda - Azərbaycana gəlməsi an məsələsi

1913 02.07.2022 08:50 Yaşam A A

Zülfüqar Yusifov: “Meymunçiçəyi öldürücü deyil, amma...”

Türkiyədə 1 nəfərdə meymunçiçəyi virusu aşkarlanıb. Bir sıra Avropa ölkələrində isə yoluxma çoxdan var və xeyli yayılıb. Təkcə Britaniyada bu virusa yoluxanların sayı min nəfəri ötüb. Beləliklə, situasiya koronavirusun ilk yayıldığı vaxtları xatırladır.

Bəs Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görməyə başlayırmı? Türkiyədə tapılması Azərbaycana da yaxın zamanlarda gələcəyi deməkdirmi?

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir, törədiciləri də müxtəlifdir, çünki fərqli viruslardır. Suçiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan-insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.

Meymunçiçəyi virusunun əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Suçiçəyi ilə müqayisədə meymunçiçəyi virusu zamanı səpgilər daha dərin və həcmli olur. Simptomlar arasında əsas fərq meymunçiçəyi virusuna yoluxma zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya).

Teymur Musayev özünə yeni müşavir təyin edib - aztibb.az AZƏRBAYCANIN  SƏHİYYƏ XƏBƏR PORTALI

Teymur Musayev 

Azərbaycana gəldikdə, səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, hələlik ölkəmizdə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. O qeyd edib  ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır: “Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək”.

Nazir həmçinin açıqlayıb ki, yaxın 2-3 gün ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək: “Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Bizim yaxın vaxtlarda bitirdiyimiz bir pandemiya təcrübəmiz artıq var. Belə ki, təxminən 2 ildən çox koronavirus pandemiyası təcrübəsini yaşadıq. Dünya və eləcə də Azərbaycan bu pandemiya ilə kifayət qədər mübarizə apardı. Nəzərə alsaq ki, meymunçiçəyi koronovirusla müqayisədə xeyli yüngül virus sayılır, bu baxımdan ciddi narahatçılığa əsas yoxdur. Lakin müəyyən qorunma məsələləri, bu virusun ölkəmizə də gəlməməsi üçün çalışmaq və sairə, bütün bu tədbirlər görülməlidir.

Medicina.az - Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA–  Alqoloq Zülfüqar Yusifov

Zülfüqar Yusifov 

Ümumiyyətlə, virus elə bir problemdir ki, bəzən sərhəd tanımır və ondan kənarda durmaq çətin olur. Meymunçiçəyi ilə bağlı onu deyə bilərəm ki, tanıdığımız suçiçəyini törədən virus qrupuna aiddir. Bəzi fikirlər ki, kimlər ki, suçiçəyinə qarşı peyvənd olunub, onlara qarşı təhlükə azdır. Lakin əlbəttə ki, virus gəlib ölkəyə çıxacaqsa bu istiqamətdə xüsusi tədbirlər görüləcək. Böyük ehtimalla əgər say artarsa, əhalinin peyvənd ehtiyacı olan qisminə peyvəndləmə lazım gələcək. Məlum olduğu kimi, artıq bir sıra ölkələrdə bu virusun sürətlə yayılması Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyini pandemiya elan etməsinə gətirib çıxardı".

“Daha çox kimlər bu virusla bağlı təhlükə altında ola bilər” sualımıza isə həkim bu cür cavab verdi:

“Ümumiyyətlə, orqanizm sistemi zəif olanlar, uşaqlar və qocaların, həmçinin xroniki xəstəliyi olanların virusa yoluxma ehtimalı daha çoxdur. Bu kateqoriyadan olan insanlar nəinki meymunçiçəyi, bütün növ bakterial, infeksiya mənşəli viruslara yoluxma ehtimalları daha böyükdür. Bu virusun öldürücü olduğu qeyd olunmur, əsasən dəri problemləri, temperaturla müşayiət olunan fiziki əlamətlərlə gedir. Sadəcə, problem ondan ibarətdir ki, virusun orqanizmdə törətdiyi ümumi iltihab bəzi yanaşı xəstəliyi olan xəstələr üçün ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan xroniki xəstəliyi, nəfər borusu iltihabı olan insanların daha çox qorunmağa ehtiyacı var”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR