İnsanlara hürriyət, millətlərə istiqlal!

Metrodakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA

1079 10.06.2022 10:25 Hadisə A A

Bu gün Bakı Metropoliteninin "Koroğlu" stansiyasında sərnişinin çantası qapı arasında qalıb.

Bunu Musavat.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, sərnişinin ayağının qapı arasında qalması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:

"Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Araşdırmamız nəticəsindən sərnişinin ayağının qapı arasında qalması ilə bağlı məsələlər təsdiqini tapmayıb. Onu da qeyd edim ki, bu gün "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaşanır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR