İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi yenidən "Barselona" forması geyinəcək

3743 22.06.2026 03:06 İdman A A

Lionel Messi "Barselona" formasını sonuncu dəfə geyinə bilər. 

Onun "İnter Mayami" klubunda karyerasını bitirməzdən əvvəl son bir dəfə "Barselona" formasını geyinəcəyi gözlənilir.

​Hazırda "İnter Mayami" və "Barselona" klubları Joan Qamper Kuboku çərçivəsində üz-üzə gəlmək üçün danışıqlar aparır. Müzakirə olunan planlara əsasən, argentinalı ulduzun bu xüsusi qarşılaşmada iştirakı nəzərdə tutulur.

​Əgər tərəflər arasında tam razılıq əldə olunarsa, Messi matçın bir hissəsini "Barselona", digər hissəsini isə "İnter Mayami" heyətində keçirə bilər.

Bu addım dahi futbolçunun Kataloniya klubu ilə rəmzi şəkildə vidalaşması üçün unikal bir fürsət yaradacaq. (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR