İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi də “sezon”a gedir? – Ulduz futbolçu Səudiyyə çempionatına keçə bilər

628 10.10.2023 14:58 İdman A A

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanındakı klublardan birinə keçə bilər.

Musavat.com Sport.es-ə istinadla xəbər verir ki, bu barədə nəşrə məlumatlı mənbə xəbər verib.

Mənbə qeyd edib ki, səudiyyəlilər argentinalını yeni MLS mövsümünün başladığı 2024-cü ilin fevral ayının sonuna kimi icarəyə götürmək imkanını nəzərdən keçirir.

Xatırladaq ki, oktyabrın 8-də “İnter Mayami” “Sinsinnati”yə 0:1 hesabı ilə uduzaraq, pley-offda iştirak şanslarını əldən verib. Bununla bağlı Messi uzun müddət istirahət edəcək.

Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Messinin əzəli rəqibi Kristian Ronaldo Səudiyyə Ərəbistanı çempionatının liderlərindən olan “Əl-Nəsr” klubuna keçib və ildə 200 milyon dollar qazanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR