İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar Türkiyənin matəm günündə özünə əyləncə məclisi keçirən Nadir Qafarzadəni “yıxıb-sürüdü”

2540 18.02.2023 08:20 Mədəniyyət A A

Müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib. Demokrat.az xəbər verir ki, paytaxt restoranlarının birində konsertlə keçirilən ad günü məclisinə müğənni sənət dostlarını da dəvət edib. Matəm günü əyləncə məclisində iştirak edənlər arasında müğənni Rüfət Axundov, Xatun, Kərim, Səidə Sultan, Əməkdar artist Rəşad İlyasov, rəqqasə Fatimə və digərləri iştirak edib.

Qeyd edək ki, fevralın 11-də Qafarzadənin 52 yaşı tamam olub.

Fevralın 11-də həm də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günü idi.

Xatırladaq ki, Nadir Qafarzadə bir neçə il öncə, dəqiq desək, 2008-ci ildə  Xocalı faciəsi günü İsraildə konsert proqramı ilə çıxış etmişdi. Müğənninin sonuncu davranışı da cəmiyyətdə qəzəblə qarşılanıb. Qardaş Türkiyədə baş verən faciəli zəlzələdən sonra Azərbaycan dövləti, milləti də Türkiyə qədər acı çəkdi, böyük üzüntü yaşadı və yaşayır. Sadə vətəndaşından tutmuş məmuruna qədər hər kəs əlindən gələn maddi və mənəvi dəstək olmağa çalışdı və çalışır. Azərbaycanda bir çoxları toy məclislərini, əyləncəli tədbirlərini, şad günlərini təxirə saldılar, qardaş millətin acısına şərik çıxdılar, onunla birlikdə matəm saxladılar.

Bir neçə dəfə açıq şəkildə türklərə öz nifrətini nümayiş etdirmiş, “türk deyiləm, türkləri sevmirəm” deyən Nadir Qafarzadə bu dəfə də öz ampluasından kənara çıxmayaraq, qardaş Türkiyənin ən ağır günlərində özünə dəm-dəstgahlı ad günü məclisi keçirdi.

“Mətbuatda Nadir Qafarzadənin ad günü tədbirindən qoyulmuş kiçik  bir videoya baxdım. Rəqs edirdilər, çal-çağır idi, içki əllərində, bokal əllərində. Nə deyim? Biz burada qardaş Türkiyədə baş vermiş dəhşətli faciənin acılarını yaşayarkən, bir çox yerlərdə bayraqlarımız aşağı endirilərkən, faciənin təxminən 6-cı və ya 5-ci günündə bu tədbirin keçirilməsi ləyaqətsizlikdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Mənim xanımımı, qızımı söydü” - — Ramiz Məlik

Ramiz Məlik: “Nadir Qafarzadə üçün nə demişəmsə, düz demişəm!”

O qeyd edib ki, belələri zaman-zaman bu cür hərəkətləri ilə xalqın gözündə qınaq obyektinə çevrilirlər: “Biabırçılıqdır. Ayıb olsun o məclisin təşkilatçılarına, orada iştirak edib, oxuyub, oynayan, əlinə şərab alıb sağlıq deyən bu məkandakı insanların hamısına! Mətbuatımız vasitəsilə xalqımıza müraciət etmək istərdim ki, bu insanları ”iqnor" etsinlər. Nadir Qafarzadə başda olmaqla, bu adamları məclislərinə dəvət etməsinlər. Belə insanların ürəyi, canı, qanı xalqla döyünməyən, qardaş Türkiyəmizdə baş verən faciəni öz faciəsi kimi qəbul etməyən, hamımızın müsibətli bir günlərində şənlik keçirən, qol açıb oynayan bu şəxsləri şənliklərinə dəvət etməsinlər. Bizə heç vaxt belə yalançı sənətkarlar lazım olmayıb. Amma çox təəssüflər olsun ki, son illər sənətkarlarla sənətkarcığazlara qiymət verilməsində xalq tərəfindən bəzən yanlışlıqlara yol verilir. Gözəl dəyərli sənətkarlar məclislərə çox az dəvət olunduğu halda, bu cür yalançı sənətkarlar məclislərdə başa keçirilir. Hər gün tədbirlərdə olur və xalqdan qazandığı pullardan həyatlarını qəşəng yaşayırlar. Amma xalqa lazım olanda, onun yanında olmaq istəmirlər".

“Deyə bilərlər ki, ölkədə rəsmən matəm elan olunmayıb, amma bəzən elə hadisələr var ki, onun rəsmən elan olunmasına heç bir ehtiyac yoxdur. Bizim qəlbimizdə hələ də matəm var. Baxmayaraq ki, artıq 10 gündən artıq müddət keçib, ancaq biz yas və hüzn içindəyik. Türkiyədəki zəlzələdə 35 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb. Onlar bizim qardaş və bacılarımızdır. Mən ona məkan yeri ayıranları da qınayıram ki, niyə belə bir vaxtda çal-çağırlı tədbirin keçirilməsinə  icazə veriblər?!  Orada iştirak edənləri də qınayıram, ”ayıb olsun" deyirəm ki, dəvət olunsalar da, bu tədbirdə iştirak etməməli idilər. Təbii ki, bu biabırçılığın başında Nadir Qafarzadə durur. Ayıblar olsun!", - deyə Çingiz Qənizadə vurğulayıb.

Hüquq müdafəçisi bir daha xalqa müraciət edərək, bu cür müğənniləri tədbirlərə dəvət etməməyə çağırıb.

Xalq artisti Ramiz Məlik isə “Yeni Müsavat”a açıqlamasında deyib: “Bu günə qədər Nadir Qafarzadə haqqında nə demişəmsə, düz demişəm! Türkiyənin bu cür ağır günündə özünə ad günü, əyləncə məclisi keçirmək olarmı?!”

Xalq artisti, tanınmış kinorejissor şeyx Əbdül Mahmudov da Nadir Qafarzadənin davranışını biabırçılıq, rüsvayçılıq adlandırıb: “Mən bunun günahını xalqda görürəm. Niyə bu adamı öz məclislərinə, toylarına dəvət edir? Adamlar var ki, bu cür müğənnilərə görə toyunun vaxtını dəyişir. Gecəsinə 5-10 min manat verirlər, o da cızığından çıxıb, bu cür davranışlar edir. Buna görə də bu, birbaşa xalqın özünün günahdır.

Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül: “Canımla əlləşirəm, heç kəs inciməsin”

Şeyx Əbdül: “Əgər Nadir Qafarzadə desəydi ki, "türkəm", özümü təhqir olunmuş sayardım”

Daha bir məsələ, bu məsələdə həm də televiziyalarımız günahkardır. 5-3 manat pul qazanacaqlar deyə belə adamları efirə çıxarıb, camaatın əxlaqını, tərbiyəsini, mədəniyyətini pozurlar. Aidiyyəti orqanlar hara baxır? Nadir Qafarzadənin nə səsi var, nə mədəniyyəti, nə də əxlaqı. Niyə onu efirə çıxardırlar?

Mən çox sevinirəm ki, nə vaxtsa Nadir Qafarzadə demişdi ki, o, türk deyil. Çox sağ olsun ki, bunu deyib. Əgər desəydi ki, türkdür, özümü təhqir olunmuş hesab edərdim. Dünyanın yaradılışı, tarixi, mədəniyyəti türklə bağlıdır. Bunu Nadir Qafarzadə haradan bilsin ki. O, sadəcə manısdır, savadı yoxdur, ona görə də boş-boş danışıb, boş-boş işlərlə məşğuldur. Ümumiyyətlə, onun hansı millətə məxsus olduğu məlum deyil. Çox ayıb olsun ona! Bizə ümumiyyətlə Nadir Qafarzadə lazım deyil! Getsin savadını, səviyyəsini artırsın, yoxsa ki “3 badam bir qozla” başımıza çıxardıblar".

Xalidə GƏRAY,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR