İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

1545 29.06.2023 21:50 Maraqlı A A

Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığıyla gündəmi zəbt edən məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanacaq.

Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.

Atası Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin dəstəsi iyulun 4-də yola düşəcək. Atası hazırda İbrahimin səfəri üçün hazırlıq işlərinin aparıldığını deyib.

Xatırladaq ki, İbrahim Zeynalov gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilib. (bizim.media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR