İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk iş adamından Şuşada hadisə kimi açıqlamalar - VİDEO, FOTOLAR

1814 09.03.2023 20:29 Gündəm A A

Xəbər verdiyimiz kimi, Türkiyəyə Azərbaycandan yardım kampaniyası zamanı fenomen olan Sərvər Bəşirliyə maşın alıb bağışlayan Türk iş adamı Sebahattin Civelek və iş adamı Ali Yıldırım Azərbaycana gəliblər. Onlar Azərbaycanda Sərvər Bəşirlinin yaşadığı yeri ziyarət edərək, onun şəraiti ilə tanış olublar. Sebahattin Civelek yerindəcə verdiyi qərarla, Sərvər Bəşirliyə ikiqatlı ev inşa etdirəcəyini bəyan edib.

Azərbaycanı və Türkiyəni təmsil edən bu iki soydaşımızın hərəkətləri hazırda Türkiyədə və Azərbaycanda əfsanə halını alıb. Sosial media ilə yanaşı Türkiyənin və Azərbaycanın mediası, televiziyaları da bu örnək davranışlardan yazmaqda, danışmaqda, çəkib göstərməkdədir.

Səbahəttin Civelek və Ali Yıldırım Azərbaycandakı görüşləri və gəziləri sırasında Şuşa şəhərində də olublar. ‘’Şuşanı görmək ən böyük arzumdur’’ deyən, Sebahattin Civelekin bu arzusunun gerçəkləşməsi üçün Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəsmi qurumlara müraciət edib və müvafiq icazə alıb.



Şuşa şəhərində olarkən, Türk iş adamları 3 aydır ərazidə keçirilən aksiyaçı gəncləri ziyarət ediblər. Daha sonra Şuşa şəhərinin tarixi yerlərini və abidələri ziyarət ediblər. Cıdır düzündə olarkən, Türk iş adamları emosional anlar yaşayıblar. Xankəndini Şuşadan və Cıdır düzündən müşahidə edən türk iş adamları TV Musavata öz fikir və açıqlamalarını bəyan ediblər....

Şuşa ziyarətinin onlarda möhtəşəm bir təəssürat yaratdığını söyləyən iş adamları Azərbaycanla bağlı xeyriyyəçi layihələr barədə də planlar qurublar. Səbahədin Civelek 2-ci Qarabağ savaşında şəhid olan döyüşçülərin övladları ilə bağlı layihələrə sponsorluq etmək istədiyini də bildirib.

O da məlum olub ki, bu həftə içində Səbahəttin Civelek YAŞAT Fondunun rəhbərliyi ilə görüşəcək. Mövzu Şəhid cocuqları və onlara bağlı layihələr olacaq.



Türk iş adamını səfərdə müşayiət edən Rauf Arifoğlu TV Musavata dedi ki, o, Şuşaya dəfələrlə səfər edib. Lakin Qala şəhəri Türk iş adamları ilə gəzmək, onların gözü ilə baxmaq, onların yorumlarını izləmək olduqca həyacanlı idi: “Sanki mən də Şuşaya ilə dəfə idi tanış olurdum. Onların gözləri ilə baxanda, həm də Ordumuzun, dövlətimizin Vətən müharibəsindəki Zəfərimizlə nə qədər böyük bir iş gördüyünə bir daha əmin oldum. Biz bütün türk dünyasına ilham verəcək bir nəticə almışıq. Bu nəticə Azərbaycanımızı bütün Türk dünyasına mayak edib. Bunun gələcəkdə daha böyük faydalarının olacağına da əminəm”.

Səbahəddin Civelek və Ali Yıldırımın Azərbaycan səfəri 9 martda tamamlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR