İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Roma İmperatoru kişi yox, qadın imiş – Qəribə İDDİA

1010 23.11.2023 21:49 Dünya A A

Böyük Britaniyada bir muzey məşhur Roma imperatoru Helioqabalu qadın kimi tanıyıb.

Britaniyanın Şimali Hertfordşir Muzeyinin nümayəndələri bu qərarı Helioqabalusun özünün istəyi ilə izah ediblər.

Onların sözlərinə görə, imperator sağlığında ona qadın kimi müraciət edilməsini xahiş edibmiş. Tarixçi və konsul Dio Kassiusun əsərində eramızın 218-ci ildən 222-ci ilə qədər hökmranlıq etmiş Roma liderinin “Mənə lord deməyin, çünki mən xanımam” deməsi barədə faktlar var..

Muzeyin idarə heyətinin üzvü Kate Hoskins bildirib: "Biz keçmişdəki insanlar üçün əvəzlikləri təyin edərkən indiki insanlar üçün olduğu kimi diqqətli olmağa çalışırıq".

Lakin ekspertlər bu qərarı imperatorun nüfuzunu sarsıtmaq cəhdi kimi qiymətləndiriblər.//Report

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR