İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rejissor İrəvanda məhkəmədə niyə öldü - iqtidar üçün rəzalət, amma...

2428 15.07.2022 22:35 Son xəbər A A

Azərbaycanda adi insidenti şişirdən təşkilatlar Ermənistandakı siyasi qətlə SUSUR

“Ermənistanın regionlarında yaşayanları təhqir etdiyinə” görə həbs edilən kinorejissor Armen Qriqoryan İrəvanda məhkəmə binasında ölüb.

Musavat.com Ermənistan mediasına əsasən xəbər verir ki, bu barədə cümə günü, iyulun 15-də təcili yardım xidmətinin rəhbəri Taquhi Stepanyan məlumat yayıb.

Onun sözlərinə görə, Qriqoryan məhkəmə iclası zamanı özünü pis hiss edib və huşunu itirib. O zaldan çıxarılıb və təcili yardım çağırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Rejissor “Ermənistanın rayon camaatını təhqir etmək” ittihamı ilə may ayından həbsdə idi. O, “milli, irqi və ya dini nifaq salmaqda” ittiham edilib. Lakin təqsirləndirilən şəxsin vəkili əmindir ki, Qriqoryanın cinayət təqibi siyasi xarakter daşıyır, çünki Qriqoryan rusiyayönlü fikirlərlə fərqlənir, Rusiya vətəndaşlığına malikdir və rəsmi İrəvanın siyasətini tez-tez tənqid edirdi.

Armen Qriqoryan “Mənim böyük erməni toyum”, “Mımra”, “Mən qalacağam” filmlərinin və teleserialların prodüseri olub. O, eyni zamanda Arkadi Arkanovla birlikdə "Gülməli məsələlər - Ailə məsələləri" komediya serialının və "Əsas şey haqqında köhnə mahnılar" layihəsinin üçüncü versiyasının ssenari müəllifidir. Bundan əlavə, o, 19921994-cü illərdə ikiqat klub çempionu olmuş İrəvan Tibb İnstitutunun Ermənistanda ilk KVN komandasının üzvü kimi tanınır.

Hadisə ilə bağlı yayılan xəbərdən açıq şəkildə görünür ki, Qriqoryan öz ölkəsində hakimiyyət tərəfindən ciddi təzyiqlərə məruz qalıb və onun ölümü siyasi xarakter daşıyır. Lakin nədənsə, Azərbaycanda hər xırda məsələdə özünü ortaya atıb, dünyaya car çəkən Qərbin bəzi “insan hüquqları” təşkilatları bu məsələni görməzdən gəlir. Beynəlxalq təşkilatlar hadisə ilə bağlı heç bir bəyanat vermir, yenə də ikili standartlı davranışlarını sərgiləyirlər.

Onlar göstərirlər ki, vəzifələri insan hüquqlarını müdafiə etmək deyil, öz maraq dairələrinə uyğun davranıb, lazım gəlincə qanunsuzluqları ört-basdır etməkdir.

ghghg.jpg (101 KB)

Xatırladaq ki, ötən ay Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı məruzə hazırlanması haqqında qərar qəbul edib. Qərara əsasən məruzəni qurumun Hüquq məsələləri və insan hüquqları komitəsi hazırlayacaq. Eyni zamanda, Mədəniyyət, elm, təhsil və KİV komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.

Ortada konkret fakt yox, yenə də fakt ətrafında oyunlar və “ssenarilər” var. Bu “ssenari”lərdən açıq şəkildə görünür ki, AŞPA-nın addımı Azərbaycana qarşı növbəti qərəzdir, yeni hüquq pozuntularının başlanğıcıdır. Onu da qeyd edək ki, Azərbaycan dövləti, o cümlədən AŞPA-dakı nümayəndə heyətimiz hər zaman milli maraqlarımızın qorunmasında, ədalətli mövqeyimizin çatdırılmasında prinsipiallıq nümayiş etdirir və bir çox qərəzli beynəlxalq təşkilatlar istəklərinə nail ola bilmirlər.

403475164_0_43_3489_2005_1920x0_80_0_0_12c162b18d29295ed7f04375c5fee26d.jpg (507 KB)

Beynəlxalq təşkilatların ən böyük ikili standartları Qarabağ savaşı ilə bağlıdır. Hər kəsə məlumdur ki, 30 il Azərbaycanın haqq səsini boğmaqla məşğul olub, 1 milyon məcburi köçkünümüzün hüquqlarının pozulmasına göz yumublar. Hətta bəzi hallarda işğalçı Ermənistanın deyil, bu məsələdə belə Azərbaycanın üzərinə gəliblər. Ölkə prezidenti Cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bu haqda qeyd edib.

Sitat: “Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq”.

Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: “Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm”.

maxresdefault.jpg (94 KB)

Yaxud da hər zaman haqsız tərəfin yanında olan Fransanı qeyd edə bilərik.

44 günlük müharibə zamanı Makron və digər fransız siyasilərin çıxarmadıqları oyun qalmadı. Azərbaycanı hətta “artsaxa qarşı təcavüz”də də suçladılar. Yada salaq ki, Fransa parlamenti oyuncaq rejimi “müstəqil dövlət” kimi də tanıdı.

indir (1).jpg (125 KB)

Ötən həftə isə dünyaya özünü demokratiyanın mərkəzi kimi tanıdan ABŞ-dan əcaib açıqlama yayıldı. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunun yaydığı açıqlamada “təəssüf hissi ilə” bildirilir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri “Qarabağın gələcəyini” müzakirə etmək üçün dəvəti qəbul etməyib: “Minsk Qrupunun amerikalı həmsədri bu gün Qarabağın gələcəyini müzakirə etmək üçün öz həmkarları ilə danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirəcəyinə ümidliyik”.

İndi maraqlı məsələ budur ki, Azərbaycanda adi insidenti böyüdən beynəlxalq təşkilatlar Ermənistanda baş verən yuxarıda qeyd etdiyimiz hadisəyə reaksiya verəcəklərmi? Yoxsa onlar bu dəfə də öz qərəzli siyasətlərini davam etdirəcəklər...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR