İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur modelyerin oğlu xərçəngin qurbanı oldu - FOTO

651 20.06.2024 23:07 Dünya A A

Məşhur rusiyalı modelyer Slava Zaitsev (Vyaçeslav Mixayloviç) yeganə oğlu Eqor Zaitsev dünyasını dəyişib.

Eqor 64 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun ölümünə xərçəngdən yaranan ağırlaşmalar səbəb olub.

Bildirilib ki, fevralda Eqor koronavirusla xəstəxanaya yerləşdirilib Ona anemiya və kolon xərçəngi diaqnozu qoyulub. "Mash" teleqram kanalının məlumatına görə, yoğun bağırsaqda, ağciyərdə və qaraciyərdə yenitörəmələr aşkar edilib. İyunda o, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib və ömrünün son günlərini süni nəfəs aparatına bağlı keçirib.

Qeyd edək ki, Eqor özü də atası kimi modelyer idi. Parkinson xəstəliyindən əziyyət çəkən Slava ötən il mədəsində qanaxma ilə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb./axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR