İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Marqaritanın gicbəsər əri – onları aləm tanıyır və sanksiya tətbiq edir

4957 01.05.2022 10:15 Yazarlar A A

Bu məşhur misranı bu gün məhz ona yaraşdırmaq olar: “Arvadı özündən ay qoçaq, Tiqran”.

Söhbət mifik çar Tiqranın adını daşıyan Keosayan (yəqin ki, bu soyadın ilk variant Kosayan olub) soyadlı şarlatandan gedəcək. O özü də tanınmış adamdır, amma dünyada və postsovet məkanında çoxları onu “Rossiya seqodnya”, “Sputnik” agentliklərinin, RTR-in rəhbəri Marqarita Simonyanın əri kimi tanıyır.

Marqarita bu vəzifələrə təyin olunanda 30 yaşı olub və hər mənada Tiqrandan daha qoçaq, daha məşhurdur. Ziba kimi onları da aləm tanıyır artıq.

Bu cütlüyə baxanda daha bir idiomatik məsəlin, ərlə arvadın torpağının eyni yerdən götürüldüyü barədə məşhur deyimin də öz yerini birəbir aldığını düşünmək olar. Təsərrüfatları kimi düşüncələri, xasiyyətləri da eynidir.

88.jpeg (453 KB)

Marqariya Simonyanın Roma Papasından artıq katolik, ruslardan daha artıq rus millətçisi olduğu, Rusiyaya qarşı olanlara nifrət qusduğu çoxdan bəllidir. Bir müddət əvvəldən Tiqran da ona qoşulub və bu günlərdə özü virtuoz propoqondistlik edib. O, 9 mayda qələbə paradını ləğv edən Qazaxıstan dövlətinin və xalqının ünvanına təhqiramiz, aşağılayıcı sözlər ünvanlayıb və bir günün içində həmin ölkədə nəinki “arzuolunmaz persona”ya, ümumiyyətlə, haqlı olaraq “Qazax xalqının düşməni”nə çevrilib.

Bəlkə də bu adamların hikkəli, nifrət dolu və gicbəsər danışıqlarını radiodan dinləyəndə, saytlardan oxuyanda birtəhər təhəmmül etmək olar, ancaq videokadrlarda onların ritorikasına tamaşa etmək dözülməzdir. Onlar detektiv filmlərin mənfi obrazları (qanqster, psixopat mafioz, muzdlu killer, binamus sutenyor, satqın məmur) kimi eyzən ağız-burunlarını əyişdirə-əyişdirə, dişlərini qıcaya-qıcaya, boyunları qısa-qısa danışırlar, üstəlik, ağızlarından zibil tökülür.

 

3456.JPG (52 KB)

Marqatita Simonyan və Tiqran Keosayanla yanaşı, Vladimir Solovyov da elədir, Skabayeva da, Kiselyov da, o biri propoqondistlər də. Dərin getmiş Jirinovski də o cür danışırdı. Bu cür danışan adamlar birmənalı olaraq pis adamlardır. Yaxşı adamlar bu cür danışmırlar, danışa bilmirlər. Hətta pis adamların bəziləri yaxşı, səlis, rəvan, iltifatlı danışa, öz pisliklərini gülümsəhər çöhrə altında gizlədə bilərlər, amma bu cür pislikləri üzlərinə vurmuş adamlar istisnasız olaraq murdar xislətə malikdirlər.

Arvadı özündən məşhur Tiqran Keosayan aktyor, kinorejissor, ssenarist, klipmeyker, teleaparıcı, prodüsser, teatr rejissorudur, sənət aləmində yemədiyi tort yoxdur.

12.jpg (73 KB)

 

O, 1966-cı ildə artist ailəsində doğulub. Onun atası Edmond Keosayan rejissor-ssenarist, anası Laura Geborkyan aktrisa olub. Bundan başqa, Tiqranın qardaşı David də kinorejissor və aktyordur, Davidin qızı Laura isə kino və teatr aktrisasıdır. Bir sözlə, onlar nəsillikcə artistdirlər. Tiqranın birinci arvadı Alyona Xmelnitskaya kino və teatr aktrisasıdır. Bu aildə peşə etibarı ilə artist olmayan bircə onun ikinci və nikahsz arvadı Marqariya Simonyandır, onun da tok-şoularda etdiyi “artistlik”lər isə bütün dünyaya məlumdur.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dərhal sonra qərəzli televiziya fəaliyyətinə, qeyri-obyektiv açıqlamalarına və açıq propaqandaçılığına görə arvadı M.Simonyanla yanaşı Tiqrana da bir çox ölkələr sanksiya tətbiq ediblər. Bu ailənin Avropaya, Avstaliyaya yolu bağlanıb. Artıq Keosayan Qazaxıstana da gedə bilməz. Qazax rəsmilər və ziyalılar bu bədnam teleaparıcının hədyanlarına layiqli cavablar veriblər. Belə görünür ki, bu ailə “Putin” deyən, amma “qospodin” deməyən hər kəsi dalaya-dalaya gedəcək.

13.jpg (81 KB)

Onlar bellərini Kremlə söykəyiblər və elə bilirlər ki, bu himayə daimi olacaq. Bir zamanlar gündəlik çörəkpulunu estrada ulduzlarına klip çəkməklə çıxaran Tiqran artıq oliqarxlaşıb, məşhurlaşıb və görür ki, Kreml üçün təbliğat kliplərində çəkilmək daha sərfəli işdir. Ona görə də ər-arvad olaraq bu işlə məşğuldurlar.

Ancaq ümid edək ki, 44 günlük Qarabağ müharibəsində soydaşlarının məğlub olduqlarını görərəkən çılğınlaşıb sağa-sola ağız atan, xalqımızın, dövlətimizin ünvanına hər cür hərzə-hədyan danışan bu xəbis və tamahkar cütlük Ukrayna kampaniyasında da arzuları gözündə qalmış, ağzının üstündən tərs şapalaq dəymiş gündə qalacaqlar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR